“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşrin məlumatına görə, bu, kral ailəsinin böyük üzvlərinin ilk görüşü olacaq.
Mənbənin məlumatına görə, kraliçanın Sandrinqem iqamətgahında keçirilən görüşdə II Elizabet, şahzadə Çarlz, Uilyam və Harri iştirak edəcək. Meqanın da görüşə Kanadadan gələcəyi gözlənilir.