Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınan şəxslərin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərdə iştirak etmək üçün son olaraq 2431 namizəd müraciət edib. Bu şəxslərdən 299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvləridir.