“Qarabağ”dan ayrılıb “Milan”a keçdi - FOTO

“Qarabağ”dan ayrılıb “Milan”a keçdi - FOTO
17:32 12 Yanvar 2020
89 İdman
Ölkə mətbuatı
A- A+

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. O, "qırmızı-qaralar"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq. Beqoviç "Aston Villa"ya transferi gözlənilən Pepe Reynanın əvəzinə alınıb.

Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/817219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR