Portuqal motosikletçisi "Dakar" yarışında həlak olub

Portuqal motosikletçisi "Dakar" yarışında həlak olub
17:32 12 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Portuqal motosikletçisi Paulu Qonsalveş "Dakar" marafonun yeddinci mərhələsinin gedişatında həlak olub.
Bu barədə “Report” “Dakar” yarışının “Twitter”dəki rəsmi səhifəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, 40 yaşlı idmançı 276-cı kilometr mərhələdə motosikletdən yıxılıb. Hadisə yerinə tibb helikopteri göndərilib. Həkimlər Qonsalveşə ürək dayanması diaqnozunu qoyublar və yerdə reanimasiya keçiriblər. İdmançı xəstəxanaya yerləşdirilib, lakin o, ölüb.

"Dakar" yarışı portuqaliyalı üçün 13-cü olub. O, əvvəlki altıncı mərhələdən sonra motosikletçilərin hesabında 46-cı olub. Qonsalveş ilk dəfə yarışda 2006-cı ildə çıxış edib. İdmançı 2015-ci ildə yarışda ikinci yeri tutub.
"Dakar" yarışı 2020-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilir. Yarış yanvarın 17-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/portuqal-motosikletcisi-dakar-yarisinda-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR