Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanında “Thai Airways” aviaşirkətinə məxsus layner iki ölü sərnişinə görə təcili eniş edib.
Metbuat.az-ın “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərindən İndoneziyanın Surabaya aeroportuna uçan təyyarədə qadın və kişi sərnişinin halı qəflətən pisləşib. Bundan sonra ekipaj Kolomboda məcburi eniş istəyib. Lakin o vaxt artıq sərnişinlərin hər ikisi vəfat edib.
Onların hansı səbəbdən öldüyü barədə məlumat yoxdur.