​Qətər əmiri Xameneyiyə ABŞ-ın

Qətər əmiri Xalid bin Həməd əs-Sani Tehrana səfəri zamanı İran Ali dini lideri Əli Xameneyiyə ABŞ-ın təklifini gətirib.

Metbuat.az xəbər verir ki, bu iddia ilə “Əl Rai əl Yum” qəzeti çıxış edib. Qəzet Xameneyinin təsadüfi hallarda xarici qonaqlarla görüşdüyünü və monarxın bu səfər zamanı qəbul edilməsinin ona olan hörmətlə bağlı olduğunu yazıb:

“Qətər ərazisində ABŞ hərbi bazaları var və burada minlərlə ABŞ hərbçisi qulluq edir. Əmir qorxur ki, yeni ABŞ-İran qarşıdurması zamanı Tehran Qətər ərazisinə zərbə endirəcək.

Ən inandırıcı variant odur ki, əmir Tehrana ABŞ administrasiyasının mesajını çatdırıb. Prinsipial olan yeni təkliflər o qədər vacibdir ki, onların Xameneyi ilə konfidensial müzakirəsinə ehtiyac olub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR