“Anadolujet” martın 29-dan Bakıya ucuşlara başlayacaq
Paylaş
80 baxış·1 dəq oxu
"Türk Hava Yolları" şirkətinin aşağı büdcəli törəməsi "Anadolujet” martın 29-dan 16 xarici ölkəyə, 28 istiqamətdə uçuşlara başlayacaq. “Report” xarici mətbuata istinadən xəbər verir ki, onun üçuş istiqamətləri arasında Bakı, eləcə də Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi böyük şəhərlər də var. Aviaşirkət reysləri 57 təyyarə ilə yerinə yetirəcək.