1992-1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan Ləl-Cəvahirat Fondunun bəzi məmurlar tərəfindən talan edilməsi ilə bağlı cinayət işi açıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokuror Yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
O bildirib ki, əgər müvafiq dövlət qurumları bu məsələ ilə bağlı idarəyə müraciət edərsə, məsələyə qanunvericilik çərçivəsində baxıla və araşdırıla bilər.