İstanbul, 20 may, AZƏRTAC
Kürd Fəhlə Partiyasının (PKK) terrorçu törəmələrindən olan HPG tərəfindən Türkiyədə evlərə hədə-qorxu dolu məktublar göndərilib.
Türkiyə mediasının məlumatına görə, məktubda iyunun 7-də keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının, eləcə də digər siyasi təşkilatların namizədlərinə səs verəcək seçicilər təhdid edilir. Həmçinin PKK-nı dəstəkləməyən deputatlığa namizədlərlə görüşlərdə iştirak edən, onlarla hər hansı yolla ünsiyyət saxlayan vətəndaşlara və onların ailə üzvlərinə hədə qorxu gəlinir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul