Pakistanda kəskin qar yağışlarından zərərçəkənlərin sayı gün keçdikcə artmaqda davam edir.
Publika.az xəbər verir ki, qarın səbəb olduğu uçqun və torpaq sürüşməsi nəticəsində 108 nəfər həlak olub.
Pakistan Milli Fövqəladə Hallar Agentliyi (NDMA) 176 nəfərin yaralandığını bildirir.
Pakistan Kəşmir Fövqəladə Halların İdarə Edilməsi Əməliyyatları müdiri Səid Rəhman Qureyşi isə uçqun altında qalanların olma ehtimalını dilə gətirib.