“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək
15:47 16 Yanvar 2020
24 Ölkə
Ölkə mətbuatı
A- A+

"CinemaPlus" kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində "Qanlı Yanvar" filminin ödənişsiz nümayişi keçiriləcək.

Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası - Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR