İpoteka və Kredit Zəmanət Fondunun aktivləri artıb

Ötən ilin sonuna İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 10,2 faiz artaraq 1,41 milyard manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 milyon manat olub.

Fonddan Metbuat.az-a bildirilib ki, İKZF-nin nizamnamə kapitalı artaraq 637 milyon manata çatıb. Kapitalın artımı 2020-ci ilin dövlət büdcəsi xərclərində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 71 milyon manat məbləğində vəsait hesabına təmin ediləcək. 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin olunacaq, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR