Bakıda keçmiş məhkumun avtomobilindən 4 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumun avtomobilindən 4 kq narkotik götürülüb
12:12 17 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik vasitə götürülüb.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kecmis-mehkumun-avtomobilinden-4-kq-narkotik-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR