Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü - FOTOLAR

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü - FOTOLAR
18:48 17 Yanvar 2020
184 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev bu gün Abşeron rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açılıb.

Məcburi köçkünlər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatları, ölkənmizin günbəgün inkişafını, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını, onların yeni tikilən müasir yaşayış komplekslərinə köçürülməsini yüksək qiymətləndirib və daim Dövlət başçsı ətrafında sıx birləşdirklərini diqqətə çatdırıblar. Məcburi köçkünlər həmçinin deputatlığa namizəd Bəxtiytar Əliyevin indiyə qədər Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, B.Əliyev Milli Məclisin üzvü olduğu müddətdə daim seçicilərini diqqətdə saxlayıb, müntəzəm olaraq seçiciləri ilə görüşüb və onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüb. Seçicilər B.Əliyevin seçicilər arasında rəğbət qazandığını qeyd edərək seçkilərdə ona səs verəcəyini diqqətə çatdırıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR