Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb

Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb
22:07 17 Yanvar 2020
20 Digər
Ölkə mətbuatı
A- A+

Çin həkimləri Uhan şəhərində pnevmoniyanın yeni virusu “2019-nCoV”a 4 yeni yoluxma hadisəsini qeydə alıblar.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Bildirilir ki, Səhiyyə üzrə Bələdiyyə Komitəsi bu virusa yoluxanların ümumi sayının 45 nəfərə qədər artdığını bildirib.
Onlardan 5-i ağır vəziyyətdədir, daha 15 pasiyent artıq tibbi məntəqələrinə yazılıb. Stasionar müalicədə olanların vəziyyəti sabit kimi qiymətləndirilir.
Qeyd edilir ki, hələlik 2 ölüm hadisəsi qeydə alınıb.
Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatını ölkənin mərkəzi hissəsində yerləşən Uhan şəhərində naməlum pnevmoniyanın yayılması haqqında məlumatlandırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-yeni-pnevmoniyaya-yoluxanlarin-sayi-45-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR