Bakı, 20 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar mayın 22–də Səbail, 23–də isə Nizami rayonlarında keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Nizami rayonu üzrə 32 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səbail rayonu üzrə 162 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 2, 7, 49, 50, 51, 87 (axşam-qiyabi), 91, 160, 162, 163, 189-190, 203, 219, 236, 239, 329 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin nümayəndələri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədini daşıyır.