"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir

09:57 20 Yanvar 2020
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın "Qarabağ" klubu transfer çalışmalarını davam etdirir.
"Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes" klubunun futbolçusu Kvabena Ousunu transfer etməyə yaxındır.
Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını "Kordoba" klubunda icarə əsasında oynayıb. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib.
Qeyd edək, cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan Ousu 6 qola imza atıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-la-liqa-klubunun-hucumcusunu-transfer-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR