"Leqanes"in futbolçusu icarədə olduğu "Kordoba"dan "Qarabağ"a keçmək üçün ayrılıb

"Leqanes"in futbolçusu icarədə olduğu "Kordoba"dan "Qarabağ"a keçmək üçün ayrılıb
10:02 21 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Qana millisinin futbolçusu Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubunu "Qarabağ"a keçmək üçün tərk edib.
"Report"un "Diario Cordoba" nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Leqanes"in düşərgəsinə yollanıb. Kvabena bu addımı "Kordoba"nın razılığını almadan atıb.
O, Sequnda B təmsilçisinə ötən yay bir illik icarəyə verilib. Mövsümün ilk yarısında Kvabena 6 qol vurub. Afrikalı forvard "Kordoba"nın hücum xəttində yeganə oyunçu olub.
Qeyd edək ki, Ovusu Kvabena "Leqanes"ə 2017-ci ildə transfer olunsa da, daim icarədə olub. "Qarabağ"ın onu "Leqanes"dən almaq istədiyi və klublar arasında razılığın əldə edildiyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/leqanes-in-futbolcusu-icarede-oldugu-kordoba-dan-qarabag-a-kecmek-ucun-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR