Binəqədi polisi sərxoş kişinin itən telefonunu evindən tapdı

Binəqədi polisi sərxoş kişinin itən telefonunu evindən tapdı
11:17 22 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kafedə spirtli içki içərək sərxoş olan şəxs telefonunun oğurlandığı barədə polisə məlumat verib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 14-də gencə saatlarında, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, kafedə yeyib-içən V.Abbasovun mobil telefonunun masanın üzərindən oğurlandığı barədə “102 Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
Daxil olan müraciət üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, V.Abbasovun mobil telefonu həmin kafedə oğurlanmayıb. Müfafiq tədbirlərlə müəyyən olunub ki, V.Abbasov telefonunu yaşadığı evdə unudub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bineqedi-polisi-serxos-kisinin-iten-telefonunu-evinden-tapdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR