Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər

Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər
09:42 23 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Davosda Ukrayna prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Bu barədə “Report” Ukrayna hökumət başçısının saytına istinadən xəbər verir. 
V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.
V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.
“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- deyə Zelenski vurğulayıb.
Görüşdə həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsini müzakirə etdilər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/vladimir-zelenski-socar-prezidenti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR