Tramp Netanyahunun səfərinədək Yaxın Şərq probleminin nizamlanması planını açıqlayacaq

Tramp Netanyahunun səfərinədək Yaxın Şərq probleminin nizamlanması planını açıqlayacaq
08:17 24 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, yanvarın 28-də İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfərinə qədər Amerikanın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planını elan etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
"Mümkündür ki, biz onu əvvəl hansısa bir vaxt ərzində elan edək", - deyə Tramp Netanyahunun səfəri haqqında danışarkən deyib.
O, həmçinin əlavə edib ki, ABŞ hakimiyyəti fələstinlilərlə problemin nizama salınması planını müzakirə edib və bunu yenidən etməyi planlaşdırır. "Biz bunu onlarla qısa müzakirə edirdik. Amma onlarla hələ hansısa bir vaxtda danışacağıq", - o deyib.
"Əminəm ki, ola bilər onlar əvvəlcə (plana) mənfi reaksiya verəcəklər, amma əslində bu onlar üçün çox pozitivdir", - ABŞ prezidenti vurğulayıb.
"Bu çox gözəl plandır, bu, əslində işləyəcək plandır", - Ağ Evin başçısı qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-yaxin-serq-probleminin-nizama-salinmasi-planini-aciqlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR