Çində koronavirus epidemiyası ilə bağlı sərnişin avtobus və qatarlarının paytaxt Pekinə giriş-çıxışları qadağan edilib.

Publika.az xəbər verir ki, proses bu gündən tətbiq edilir. “Bütün ictimai nəqliyyat vasitələrinin paytaxta girişi dayandırıldı” - deyə hökumətin açıqlamasında bildirilir. Bu arada, Çinin xüsusi statuslu bölgəsi Honkonqda 5 nəfərin koronavirusa yoluxmasından sonra fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, 10-dan çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 56 nəfər həyatını itirib. 1975 nəfər viruasa yoluxub.

Anar Türkeş