ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb

ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb
02:27 27 Yanvar 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyada terrorla mübarizə əməliyyatlarına yenidən başlayıb.
“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib.
Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin ölümündən sonra təhlükəsizlik səbəbindən Suriyada antiterror əməliyyatlarını dayandırmışdı.
Makkenzi Amerika qoşunlarının ölkədə nə qədər qalacağını açıqlamayıb:
“Burada nə qədər qalacağımız barədə məlumatsızam. Mənə Suriyadakı tərəfdaşlarımızla necə işləməyimizdən başqa heç bir təlimat verilməyib. Hazırda biz İŞİD-in tamamilə məhv edilməsi üçü çalışırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-suriyada-antiterror-emeliyyatlarina-yeniden-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR