Prezidentin "Bakıya zəng edərəm" ifadəsi nə demək idi? - ŞƏRH/VİDEO

Prezidentin "Bakıya zəng edərəm" ifadəsi nə demək idi? -  ŞƏRH/VİDEO
15:13 27 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr Azərbaycan Televiziyasının Həftə" analitik-informasiya proqramında Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun iştirakı ilə şərh olunub.

Dövlət başçısının Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında verdiyi açıqlamalar nəzərdən keçirilib, təhlil edilib.

İclasın moderatorunun "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə? sualına dövlətimizin başçısının "Bakıya zəng edərəm" cavabının mühüm siyasi mesaj olduğu qeyd edilib: "Cənab Prezidentin "Mən Bakıya zəng edərəm" ifadəsi, əslində, Azərbaycanın müstəqil siyasətinin vurğulanması idi".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/303082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR