Ermənistanda kütləvi dava zamanı 45 və 51 yaşlı 2 kişi bıçaqlanıb

Ermənistanda kütləvi dava zamanı 45 və 51 yaşlı 2 kişi bıçaqlanıb
05:32 28 Yanvar 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda kütləvi dava olub.
“Report”un Ermənistan mətbuatına istinadən məlumatına görə, hadisə Vardenis rayonunda baş verib.
Sotk kəndində kütləvi dava zamanı 2 nəfər bıçaq xəsarəti alıb. Onlardan biri - 45 yaşlı kişi sinənin və boynun kəsilmiş-deşilmiş yaraları ilə tibb mərkəzinə, 51 yaşlı digər yaralı isə boyun nahiyəsinin xəsarətləri ilə xəstəxanaya müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşları cinayətin 49 yaşlı kənd sakini tərəfindən törədildiyini müəyyənləşdirib. Onun cinayət vaxtı istifadə etdiyi bıçaq sübut kimi götürülüb. Hadisəni törədən şəxs saxlanılıb. 
İstintaq aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-kutlevi-dava-zamani-2-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR