“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” xəbər verib.
Agentliyin məlumatına görə, ölkədə virusa təxminən 1,3 min yeni yoluxma hadisəsi qeydə alınıb.
Daha əvvəl “Vani” portalı Çin regionlarının rəsmi məlumatına əsasən virusa yoluxanların sayının 2889 nəfər, xəstəlikdən ölənlərin sayının isə 82 nəfər olduğunu bildirib.
İnzibati ərazi vahidləri arasında xəstəliklərin sayı üzrə birinci yeri əvvəlki kimi Hubey (1423 yoluxma hadisəsi) tutur. Sonrakı yerdə Quandunun (151 hadisə), Çjeszyanın (128 hadisə) və Henanın (128 hadisə) adları var. Pekində 80 nəfər xəstəliyə yoluxub. Xeylunszyan əyalətində isə 21 nəfər koronavirusa yoluxub.