Twitter-də şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub

Twitter-də şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub
07:42 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Twitter" mikrobloqlar xidmətində şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub. İndi istifadəçilər şəxsi mesajlara öz reaksiyalarını ifadə etmək imkanına malikdirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Twitter" bu funksiyanı ötən il sınaqdan keçirməyə başlayıb. 2020-ci il yanvarın 23-dən etibarən sözügedən funksiya xidmətin bütün istifadəçilərinə əlçatan olub. Dəstək xidməti reaksiyaların düzgün göstərilməsi üçün proqramı yeniləməyi tövsiyə edib.

Həmçinin istifadəçilər öz reaksiyalarını istənilən vaxt silə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR