Türkiyənin Elyazığ əyalətində baş verən zəlzələdən sonra uçqunlar altından daha bir meyit çıxarılıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması İdarəsinin rəhbəri Mehmet Güllüoğlu “Twitter”də yazıb:

"Uçqunlar altından zəlzələnin son qurbanının meyitini çıxardılar. Axtarışlar davam edir".

Qeyd edilir ki, dağıntılar altından ümumilikdə 41 nəfərin meyiti çıxarılıb.