Hələ belə evlilik təklifi olmamışdı - Motosikletin üzərindəki cütlükdən inanılmaz VİDEO

Hələ belə evlilik təklifi olmamışdı - Motosikletin üzərindəki cütlükdən inanılmaz VİDEO
10:27 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az xəbər verir ki, videoda baykerin hərəkətdə olan motosikletin üzərindəki sevgilisinə fərqli şəkildə evlilik təklifi etməsi əks olunub.

Belə ki, o, arxa oturacaqda əyləşmiş sevgilisi ilə birlikdə motosikleti idarə edərkən anidən onun bayker dostları qarşısına keçiblər.

Dostlarının əynindəki paltarda "Marry me?" ( Mənə ərə gələrsən?)  sözlərini görən qız təəccüblənib. Daha sonra motosikleti sükana toxunmadan idarə edən sürücü cibindəki üzüyü çıxararaq onu sevgilisinə təklif edib. Qız oğlana "hə" cavabı verib və üzüyü barmağına taxıb.

Ən maraqlısı isə budur ki, bütün bunlar motosiklet hərəkətdəykən baş verib.

Videonun hansı ölkədə çəkilməsi barədə məlumat yoxdur.

Milli.Az sosial şəbəkələrdə milyonlarla dəfə paylaşılan görüntüləri təqdim edir:

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR