Tokio, 21 may, AZƏRTAC
Yaponiyanın NHK kanalının yaydığı məlumata görə, Rusiya Prezidentinin mətbuat katitibi bildirib ki, Vladimir Putin rəsmi dəvət oalcağı təqdirdə Yaponiyaya səfərin mümkünlüyü məsələsinə baxacaq.
Mayın 20-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədr müavini Masahiko Komura Yaponiyada səfərdə olan Rusiya parlamentinin aşağı palatasının sədri Serqey Narışkinlə görüşü zamanı bu bardədə təkliflə çıxış edib. Görüşdə M.Komura Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın da iddia etdiyi dörd ada məsələsinə toxunub. LDP sədrinin müavini bildirib ki, bu ərazi problemi həll olunduqdan sonra Yaponiya Rusiya ilə sülh müqaviləsini imzalamağa hazırdır. M.Komura, həmçinin qeyd edib ki, Baş nazir Şinzo Abe bu məqsədlə V.Putinin Yaponiyaya səfərini tamamilə arzu olunan hesab edir.
Yaponiya hökuməti təkid edir ki, bu adalar ölkənin ayrılmaz tərkib hissəsidir. Yaponiya hökumətinin mövqeyinə əsasən, həmin adalar II Dünya Müharibəsindən sonra qeyri-qanuni şəkildə ilhaq olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli kütləvi informasiya vasitələrinə bildirib ki, rəsmi Moskva iki ölkə arasında sülh müqaviləsinin imzalanması da daxil olmaqla siyasi dialoqun bərpası istiqamətində müxtəlif siyasi qüvvələrin konstruktiv yanaşmasını alqışlayır. Onun fikrincə, Rusiya dialoqun davam etdirilməsinini dəstəkləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio