Bu gecə Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında ciddi yoxlanışdan keçirilir

Bu gecə Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında ciddi yoxlanışdan keçirilir
06:32 30 Yanvar 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçirilirlər.
“Report” xəbər verir ki, təyyarədən enən 85 sərnişini öncə koronavirusla bağlı tibbi yoxlanışdan keçiriblər. Onların əksəriyyəti Azərbaycan vətəndaşıdır.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayır. Bu zaman digər istiqamətdə hava limanına gələn sərnişinlərin onlarla təmasda olmaması üçün keçidlərinə icazə verilməyib.
Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı yoxlanıldıqdan sonra passport qeydiyyatına icazə veriləcək. Hazırda İstanbul-Bakı aviareysi ilə gələn sərnişinlər foyedə gözlədilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bu-gece-pekinden-azerbaycana-gelen-sernisinler-hava-limaninda-ciddi-y

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR