İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Milli.Az apasport.az-a istinadən bildirir ki, son matçda "İnter"lə "Fiorentina" qarşılaşıb.
"Cüzeppe Meatsa"da baş tutan oyunda "neradzurra" minimalhesablı qələbə qazanıb. Beləliklə, "İnter" yarımfinalda "Napoli"yə rəqib olub. Bu mərhələnin digər cütlüyündə isə "Yuventus"la "Milan" üz-üzə gələcək.
Yarımfinal mərhələsinin ilk oyunları fevralın 12-də, cavab qarşılaşmaları isə martın 4-də olacaq.
İtaliya kuboku
1/4 final
29 yanvar
"İnter" - "Fiorentina" - 2:1
Kandreva, 44; Barella, 67 - Kaseres, 60
Milli.Az