ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Nazirlik bu dəfə Krım üzrə rusiyalı məmurları və bu yarımadaya dəmir yolu ilə sərnişin daşınması xidmətini həyata keçirən “Grand Service Express” operatorunu sanksiyalar siyahısına daxil edib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin açıqlamasında deyilir.

Nazirlik birtərəfli sanksiyaların “Ukraynaya qarşı davam edən təcavüz və Krımı işğal etmək cəhdləri” ilə əlaqədar tətbiq edildiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR