"Milan"dan "Sevilya"ya - RƏSMİ

"Milan"dan "Sevilya"ya - RƏSMİ
12:32 30 Yanvar 2020
97 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın futbolçusu Suso karyerasını "Sevilya"da davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,26 yaşlı vinger sonradan müəyyən şərtlərlə alınması şərtilə icarəyə verilib.

İspaniyalı oyunçunun özünün komandasının dəyişmək istədiyi bildirilir. Onunla "Valensiya", "Roma" və "Getafe" də maraqlanırdı.

Qeyd edək ki, bu mövsüm Suso "Milan"da 17 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun müqaviləsi 2022-ci ilin yayınadəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/821832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR