Anar Rzayev tənqidlərə cavab verməkdən imtina edib

Anar Rzayev tənqidlərə cavab verməkdən imtina edib
17:17 30 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yenidən birliyin sədri vəzifəsinə namizəd olması ilə əlaqədar tənqidlərə cavab verməkdən imtina edib.
AYB sədri "Report"un əməkdaşının məsələ ilə bağlı sualını cavablandırmayıb.   
"Bu barədə heç nə danışmayacam", - deyə A.Rzayev bildirib. 
Qeyd edək ki, A.Rzayevin 82 yaşı var. O, 1987-ci ildən AYB-nin sədri vəzifəsini tutur. A.Rzayev bir neçə gün öncə növbəti dəfə birliyin sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bir qrup yazıçı və şair onun bu qərarını sərt tənqid edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/anar-rzayev-tenqidlere-cavab-vermekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR