AMEA koronavirusla mübarizəyə qoşulub

AMEA koronavirusla mübarizəyə qoşulub
17:37 30 Yanvar 2020
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.

AMEA-dan Milli.Az-a verilən məlumata görə, akademiyada müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

AMEA-nın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR