Futzal üzrə dünya çempionatı: Xorvatiya Slovakiyanı məğlub edib

Futzal üzrə dünya çempionatı: Xorvatiya Slovakiyanı məğlub edib
01:02 31 Yanvar 2020
99 Digər
Ölkə mətbuatı
A- A+

Futzal üzrə dünya çempionatının Xorvatiyanın Osiek şəhərində təşkil olunmuş elit-raundunda II tura yekun vurulub. 
"Report"un məlumatına görə, C qrupunda turun digər qarşılaşmasında Xorvatiya Slovakiya ilə üz-üzə gəlib. 
Görüş meydan sahiblərin qələbəsi ilə yekunlaşıb - 3:2. Xorvatiya yığması matçın sonlarında penaltini dəqiq yerinə yetirərək, aktivinə növbəti 3 xalı yazdırıb.
Beləliklə, 2 turdan sonra Xorvatiyanın 6, Azərbaycan və Rusiyanın hərəyə 3 xalı var. Slovakiya isə xalsızdır. Son turda Azərbaycan Slovakiyaya qalib gəlsə və Rusiya Xorvatiyanı yenə bilməsə, qrup ikincisi kimi pley-offa vəsiqə qazanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/futzal-uzre-dunya-cempionati-xorvatiya-slovakiyani-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR