x
Loading...

ABŞ 2019-nCoV koronavirusuna görə fövqəladə vəziyyət tətbiq edir

ABŞ 2019-nCoV koronavirusuna görə fövqəladə vəziyyət tətbiq edir
08:05 1 Fevral 2020
134 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ 2019-nCoV koronavirusununölkədə yayılması səbəbindən fövqəladə vəziyyət tətbiq edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə brifinq zamanı səhiyyə və sosial xidmətlər naziri Aleks Azar deyib.

A.Azar bildirib: "Prezident fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərman imzalayıb. Fövqəladə vəziyyət rejimi bazar günü başlayacaq".

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi 14 gün və ya daha az müddət öncə Çində olan xarici vətəndaşların ölkəyə girişini qadağan edir.

Nazir qeyd edib ki, Çindən gələn ABŞ vətəndaşları isə 14 gün karantində xüsusi nəzarət altında saxlanılacaqlar.

Bundan əlavə fövqəladə vəziyyət rejim zamanı ABŞ-dan Çinə yalnız 7 hava limanından uçuşlar həyata keçiriləcək.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR