Azərbaycan millisi Slovakiya yığması ilə heç-heçə edib

Azərbaycan millisi Slovakiya yığması ilə heç-heçə edib
21:52 1 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.
"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə üz-üzə gəlib. 
Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3. 
Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub. 
Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək.
Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.
DÇ-2020, elit raund
20:00. Slovakiya - Azərbaycan - 3:3
Qollar: Marian Hudek, 9. Matuş Şevçik, 31. Matuş Kiyovski, 40 - Rafael Vilela, 17. Matuş Kiyovski, 29 (öz qapısına). Bolinya, 40
Hakimlər: Angelo Galante, Chiara Perona və Nicola Manzione (hamısı İtaliya)
Osiek (Xorvatiya), "Gradski vrt Arena"

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisi-slovakiya-yigmasi-ile-hec-hece-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR