Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.

Hadisə paytaxtın Nəsimi rayonu, məşhur yaşayış komplekslərinin birində baş verib.

Kompleksin 181 saylı mənzilində yaşayan, Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Aqvar Akanş Arun Kumar (Aggarwar Akansh Arun Kumar) oğlunun meyiti yaşadığı mənzildən tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır. (trend)