Buffonun son arzusu

Buffonun son arzusu
13:05 17 Yanvar 2015
111 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffon futbolçu kimi son arzusunu açıqlayıb
Apasport.az xəbər verir ki, İtaliyada 2014-cü ilin ən yaxşı qapıçısı seçilən veteran oyunçu DÇ-2018-də iştirak etmək arzusundadır.
 
37 yaşlı qolkiper dünya futbol tarixinə düşmək niyyətindədir: “Dünya çempionatına hələ 3 il vaxt var. Özümü qoca hiss etmirəm, amma mən də futbolçuyam. Bu işi görmək üçün doğulmuşam.

Əgər 2018-ci ildəki mundiala yollansam, o zaman 6 dünya çempionatında iştirak etmiş ilk futbolçu olacam. Bu, möhtəşəm göstərici olar. Adrenalinə və gərgin oyuna öyrəşmişəm”.
 
Qeyd edək ki, Canluici Buffonun arzusu yerinə yetsə, o, 40 yaşında mundiala yollanmış olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR