135 yaşında ata olması ilə SSRİ-ni şoka salan – Şirəli Müslümovun uzunömürlülük sirri

135 yaşında ata olması ilə SSRİ-ni şoka salan – Şirəli Müslümovun uzunömürlülük sirri
21:22 4 Fevral 2020
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Yəqin ki, sovet dövründə yaşayanlar bütün SSRİ qəzetlərinin ulduzu, televerilişlərin qəhrəmanı, Sovetlər Birliyinin ən uzunömürlü sakini, azərbaycanlı, Lerik sakini Şirəli Müslümovu xatırlayır.

O, 168 il yaşayıb. 1805-ci ildə anadan olub, 1973-cü ildə vəfat edib.

Ömür boyu çobanlıq edib.
Onun ailəsi 150 nəfərdən ibarət idi.

150 yaşında haqqında sənədli film çəkilib, özü müstəqil olaraq gəzir, at çapır, torpaqda işləyir, çobanlıq edirdi.
135 yaşında 3-cü dəfə evlənən Şirəli kişinin bu evlilikdən də övladı olub.

Sovet dövründə onun haqqında çəkilmiş "Şirəli dağdan enir" sənədli filmində məşhur Lerikli uzun ömür sürməsinə səbəb olacaq bəzi detalları danışıb.

Şirəli hesab etmirdi ki, o nəsə qeyri-adi həyat tərzi sürüb, amma jurnalistlərin marağına xatir o necə yaşadığını, nə yeyib-içdiyini bölüşmüşdü.

Milli.Az medicina.az-a istinadən uzun illərdən sonra bu vaxta qədər Azərbaycanın ən uzunömürlü sakini olan Şirəli Müslümov haqqında maraqlı faktları təqdim edir.

- Heç kimdən kömək istəmədən, gözləmədən bütün işlərini, o cümlədən ağır işlərini özü görüb. Sürü ilə o gündə müntəzəm olaraq 15-20 km yol qət edirdi. Şirəli deyirdi ki, xəstə vaxtında belə bir iş tapıb məşğul olmalısan. Tənbəllik ölümü tezləşdirir.

Ölümünə qədər bağında özü əkib becərirdi, fiziki aktivliyini daim saxlayırdı.

- Çox yeməzdi, kaprizli deyildi, daha çox dağda, yaylaqda çoban yeməkləri ilə qidalanırdı. Çoldən pencər yığırdı. Daim südü, qatığı, ayranı, bulaq suyu yanında idi. Bal və pendiri çox sevirdi. Bulaq suyundan başqa suyu içə bilmirdi. Eləcə də o heç vaxt satışda olan çaylardan içməyib. Yığdığı dağ, çəmən, çöl bitkilərindən çaya uyğun olanlarını dəmləyirdi. Qənd nadir halda yeyərdi.

- Lerikdən başqa heç yerə getməzdi, torpağından çıxmayıb. Barzava kəndində doğulub, orda da ömrünü başa vurub.

İqlimini dəyişməyib və müəyyən dövrlərdə paytaxta, rayon mərkəzinə köçmək təkliflərindən imtina edib.

- Siqaret çəkmirdi, içki içmirdi, nadir halda bayramlarda kənddə özlərinin düzəltdiyi üzüm çaxırından içərdi. Deyirdi ki, işi çox olan, böyük ailə saxlayan adamın içməyə vaxtı olmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/823262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR