"Ronaldu "Qızıl top"a layiq deyildi"

"Ronaldu "Qızıl top"a layiq deyildi"
13:12 17 Yanvar 2015
138 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldunun “Qızıl top” mükafatına layiq görülməsi hələ də müzakirə olunur
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatına açıqlama verən “Qalatasaray”ın qapıçısı Fernando Muslera portuqaliyalının bu titula layiq olmadığını deyib.
 
Uruqvay millisinin qolkiperinin fikrincə, “Qızıl top” “Bavariya”dakı həmkarı Manuel Noyerə verilməli idi: “Mən səsimi Noyerə verərdim. Çünki o, indi yadplanetli kimi oynayır. Fikrimcə, Noyer bu mükafata Ronaldudan çox layiq idi”.
 
Muslera Kolumbiya millisinin yarımmüdafiəçisi Hames Rodrigesin vurduğu qolun ilin ən yaxşı qolu seçilməsinə də münasibət bildirib: “Hames o qolu dünya çempionatında mənə vurmuşdu. Həmin zərbə qol olmasaydı, oyun heç-heçə bitəcəkdi”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR