Füzulidə top mərmisi və partlamamış mina tapıldı

Füzulidə top mərmisi və partlamamış mina tapıldı
21:37 5 Fevral 2020
122 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd top mərmisinin və 4 ədəd partlamamış minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan “Report”a verilən məlumata görə agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Minaatan mərmiləri daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, top mərmisinin partladıcısı üzərində olduğuna görə işarələnərək Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib və növbəti iş günü yerində partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fuzulide-top-mermisi-ve-partlamamis-mina-tapildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR