Koronavirus Yaponiyada gəmidə sürətlə yayılır

Koronavirus Yaponiyada gəmidə sürətlə yayılır
06:52 6 Fevral 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında qalan “Diamond Princess” gəmisinin daha 10 sərnişinində 2019-nCoV koronavirusu aşkarlanıb.
“Report” TASS-s istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.
Məlumata görə, bütün xəstələr Kanaqava prefekturasının tibb müəssisələrinə yerləşdiriləcəklər. Virusa yeni yoluxanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Daha əvvəl bu gəminin 10 sərnişinində koronavirus aşkarlanıb. Onlar Yaponiya, Çin, ABŞ, Avstraliya və Filipinlər vətəndaşlarıdır. Virus daşıyıcıları xəstəxanalara çatdırılıblar.
Səhiyyə Nazirliyinin məlumatına görə, gəmidə təxminən 3,7 min insan var. Onlar 50-dən çox ölkənin vətəndaşlarıdır.
Gəmi yanvarın 20-də Yokohama limanından çıxıb və fevralın 3-də qayıdıb. Sərnişinlərin arasında koronavirusun aşkarlandığı Çin vətəndaşı olub. O, yanvarın 25-də Honkonqda gəmini tərk edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/koronavirus-yaponiyada-gemide-suretle-yayilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR