Bu gün İtaliyada Milan-Bolonya marşrutu ilə hərəkətdə olan sürət qatarı relsdən çıxıb, nəticədə 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Metbuat.az bildirir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb. Milandan yola çıxan sürət qatarı Lodi yaxınlığında relsdən çıxıb. Xilasedicilərin məlumatına görə, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 28 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qatarın ilk iki vaqonu relsdən çıxıb.
Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.(Apa)