Azərbaycanda aviasiya sahəsi üzrə fəaliyyət göstərən şirkətin möhürü itib
Paylaş
100 baxış·1 dəq oxu
Azərbaycanda təyyarədaxili əyləncə sistemlərinin quraşdırılması ilə məşğul olan "Air Group" MMC-nin möhürü itib. “Report” bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, möhür itdiyi üçün etibarsız sayılır. Xatırladaq ki, "Air Group" 2006-cı ildə, 500 min manat nizamnamə kapitalı ilə yaradılıb.