“Report” xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb.
Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.
Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Vvirusun təsirinə məruz qalan 6101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir.

Bu arada paytaxt Pekində qoruyucu maskalardan istifadə etməyənlər karantin altına alınacaq.