Ceki Çan koronavirusun dərmanının ixtiraçısına mükafat verəcək

Ceki Çan koronavirusun dərmanının ixtiraçısına mükafat verəcək
08:37 9 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan özünün “Weibo” sosial şəbəkəsindəki hesabında koronavirus əleyhinə dərmanı ixtira edəcək şəxsə milyon yuan ödəməyə söz verib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Aktyor ümid edir ki, onun vədi preparatın yaradılmasını sürətləndirəcək.
Ceki Çan Çinə öz hesabına qoruyucu geyimlər və tibbi maskalar payladığını bildirib. Aktyorun sözlərinə görə, 1 milyon yuan onun üçün çox da böyük məbləğ deyil.
"Mən boş küçələri görmək istəmirəm, hansılar ki, çiçəklənməlidir. Mən həyatdan zövq almalı insanları kədərli görmək istəmirəm", - deyə aktyor yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ceki-can-koronavirusun-dermaninin-ixtiracisina-mukafat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR