Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı

Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı
09:03 9 Fevral 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə toplaşan etirazçılar polislər tərəfindən cərimələnib və aksiya dağıdılıb.

Publika.az xəbər verir ki, Parisin qadağan olan küçələrində aksiya keçirməyə cəhd edən, özünü “sarı jiletli” adlandıran 140 aksiya iştirakçısı cərimə, 32 nəfəri sorğu-sual olunub.

Onların arasında “sarı jiletlilər”in rəhbəri Erik Drue də olub. Paytaxtın xüsusilə Yelisey küçəsi, San-Lazar vağzalı və böyük mağazaların ətrafında toplaşmaq Paris Baş Polis İdarəsinin dünən verdiyi rəsmi qərarı əsasında qadağan edilib. Nümayiş iştirakçıları isə qadağaya məhəl qoymayaraq aksiya keçirməyə cəhd göstəriblər.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/304347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR